SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Mançester Siti" İngiltərə Premyer Liqasının qalibi olub

12-05-2019, 23:50

Bu gün İngiltərə Premyer Liqasının sonuncu 38-ci turu keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, turnir cədvəlinə liderlik edən "Mançester Siti" "Brayton"un qonağı olub. Oyunun 27-ci dəqiqəsində ev sahibi hesabda irəli keçsədə, qonaqlar cəmi 1 dəqiqə sonra qolun əvəzini çıxıblar və ilk hissənin sonlarına yaxın hesabda önə keçməyi də bacarıblar.

İkinci hissədə qonaqlar üstünlüyü əldən verməyiblər və rəqibin qapısından daha 2 top keçiriblər. Oyun "Mançester Siti"nin 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: Qlen Mürrey (27-ci dəqiqə), Serxio Aquero (28-ci dəqiqə), Emerik Lyaport (38-ci dəqiqə), Riyad Mahrez (63-cü dəqiqə) və İlkay Gündoğan (72-ci dəqiqə).

"Mançester Siti"nin turnir cədvəlində ən yaxın izləyicisi olan "Liverpul" öz meydanında "Vulverhempton"u 2:0 hesabı ilə məğlub edib.

Turnir cədvəlində "Mançester Siti" 98 xal, "Liverpul" isə 97 xal toplayıblar.

Beləliklə, "Mançester Siti" İngiltərə Premyer Liqasının 2018/2019 mömsümünün qalibi olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031