SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı idmançıdan daha bir uğur

Naxçıvanlı idmançıdan daha bir uğur
12-05-2019, 21:45

11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurlub.

Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanması olmuşdur.Körpücük üzərinə son olaraq çəkisi 89 kq, 96 kq, 102 kq + 109 kq-a qədər olan atletlər çıxıblar.Yarışda iştirak edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur Ağır Atletika bölməsinin yetirməsi olan Tarmenxan Babayev qalib adını qazanmışdır.O bu uğura 290 kq (135+155) nəticə ilə nail olmuşdur.Qeyd edək ki, bu Tarmenxan Babayev ilk qələbəsi deyil.




Naxçıvanlı idmançıdan daha bir uğur
Naxçıvanlı idmançıdan daha bir uğur
Naxçıvanlı idmançıdan daha bir uğur
Naxçıvanlı idmançıdan daha bir uğur

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031