SON DƏQİQƏ

naxcivanxeberleri.com

Topaz Premyer Liqasında mövsümə yekun vurulub

Topaz Premyer Liqasında mövsümə yekun vurulub
11-05-2019, 23:30

Bu gün sonuncu - XXVIII turun oyunları keçirilib.

Həm mükafatçılar, həm də sonuncu yerin sahibi öncədən bəlli olduğu üçün bu qarşılaşmalar formal xarakter daşıyıb. Öncə meydana "Keşlə” və "Səbail” çıxıb. Bürünc medalları təmin edən sonuncular ev oyununda 1:4 hesabı ilə uduzublar. Ardıcıl ikinci darmadağını alan Aftandil Hacıyevin yetirmələri mövsümün son iki görüşünün hərəsində 4 qol buraxıb. Autsayder isə 7 turluq qələbə həsrətinə son qoya bilib.

5-ci yer uğrunda mübarizə aparan Bakı klublarının duelində də darmadağın qeydə alınıb. "Zirə” səfərdə "Sabah”ın qapısından üç cavabsız qol keçirib. Bu, Samir Abasovun yetirmələrinə mövsümü 5-ci pillədə başa vurmaq imkanı verib. Elşad Əhmədovun komandası isə 7-ci pilləyə yuvarlanıb.

Buna "Sumqayıt”ın "Qəbələ” üzərində qələbəsi səbəb olub. Minimal hesabla qalib gələn meydan sahibləri 6-cı sıraya yüksəliblər. "Qəbələ” isə tarixində ilk dəfə sumqayıtlılarla görüşdən qolsuz ayrılıb.

Həm tura, həm də mövsümə mərkəzi oyunla yekun vurulub. Çempionatı ilk iki pillədə bitirən "Qarabağ”la "Neftçi” paytaxt təmsilçisinin meydanında görüşüblər. Qaçırılan penaltiylə erkən qol imkanını əldən verən "Neftçi” məğlub duruma düşsə də, fasiləyədək iki dəfə fərqlənib. İkinci 45 dəqiqədə isə ağdamlılar öncə tarazlıq qolu vurublar, son dəqiqələrdə isə qələbə topuna imza atıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930