SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Premyer Liqasında mövsümün yekunlarına əsasən mükafatlandırma mərasimi təşkil olunub

Azərbaycan Premyer Liqasında mövsümün yekunlarına əsasən mükafatlandırma mərasimi təşkil olunub
11-05-2019, 20:37

Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün yekunlarına əsasən, mükafatlandırma mərasimi təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, tədbir XXVIII turun "Neftçi" - "Qarabağ" matçı yekunlaşdıqdan sonra "Bakcell Arena"da keçirilib.

Əvvəlcə "Səbail"ə bürünc, sonra isə "Neftçi"yə gümüş medallar verilib. Sonda səhnəyə "Qarabağ" dəvət olunub. Klub qızıl medallarını aldıqdan sonra Rəşad Sadıqov çempionluq kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930