SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənc partiya üzvləri arasında futzal birinciliyi

Gənc partiya üzvləri arasında futzal birinciliyi
31-01-2022, 22:57

 2 fevral – Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının gənc fəalları arasında futzal üzrə muxtar respublika birinciliyi keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda şəhər və rayonları təmsil edən 8 komanda qələbə uğrunda mübarizə aparıb.
    Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi və Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarış partiya fəallarının asudə vaxtının səmərəli təşkili, sağlamlığın təbliği və futzal idman növünə olan marağın artırılması məqsədilə keçirilib.
    Nəticələrə gəlincə, “Naxçıvan” və “Culfa” arasında keçirilən üçüncü yer uğrunda görüşdə paytaxt təmsilçiləri 10:1 hesablı qələbə qazanıblar. Həlledici final matçında isə “Şərur” və “Ordubad” komandaları meydanda olub. Maraqlı mübarizə şəraitində keçən oyun şərurluların 7:4 hesablı üstünlüyü ilə başa çatıb. Beləliklə, yarışın qalibi adını “Şərur” qazanıb. “Ordubad” və “Culfa” müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. 
    Komandalara diplom, kubok və hədiyyələr verilib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031