SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənc partiya üzvləri arasında futzal birinciliyi keçirilib

Gənc partiya üzvləri arasında futzal birinciliyi keçirilib
29-01-2022, 21:30

2 Fevral – Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının gənc fəalları arasında futzal üzrə muxtar respublika birinciliyi keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda şəhər və rayonları təmsil edən 8 komanda qələbə uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi və Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarış partiya fəallarının asudə vaxtının səmərəli təşkili, cəmiyyət arasında idmanın və sağlamlığın təbliği və futzal idman növünə olan marağın artırılması məqsədilə keçirilib.
 
Nəticələrə gəlincə, “Naxçıvan” və “Culfa” arasında keçirilən üçünçü yer uğrunda görüşdə paytaxt təmsilçiləri 10:1 hesablı qələbə qazanıblar. Həlledici final matçında isə “Şərur” və “Ordubad” komandaları meydanda olub. Maraqlı mübarizə şəraitində keçən oyun şərurluların 7:4 hesablı üstünlüyü ilə başa çatıb. Beləliklə, yarışın qalibi “Şərur" olub. “Ordubad” və "Culfa” müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. 
Komandalara diplom, kubok və hədiyyələr verilib. Mükafatları gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Gənclər Birliyinin sədri Arzu Qasımov təqdim ediblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031