SON DƏQİQƏ

17:44 - Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib

17:38 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?

17:15 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB-2

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

naxcivanxeberleri.com

Naxçıvan karateçiləri beynəlxalq turnirdə 17 medal qazanıb 

Naxçıvan karateçiləri beynəlxalq turnirdə 17 medal qazanıb 
25-01-2022, 17:00

Bakı şəhərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş VI Arpaçay Open beynəlxalq turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ənənəvi yarışda Azərbaycan, Rusiya və Ukraynadan ümumilikdə 570 idmançı 31 klubu təmsil edib. Yarışda Naxçıvan Karate-do Federasiyasının idmançıları geniş tərkibli heyətlə mübarizə aparıblar. 15 karateçimiz uğurlu çıxışı ilə adını mükafatçılar sırasına yazdırıb. 
“Kumite” növündə 16-17 yaş qrupunda mübarizə aparan Rəşid Süleymanov -68 kq çəki dərəcəsində qalib, -70 kq çəki dərəcəsində isə ikinci olub. Aslan İsmayılov (18-20 yaş, 84+ kq), Rəşad Qasımov (18-20 yaş, -67), Fatimə Bədəlova (16-17 yaş, +59) və Fatimə Bağırzadə (6-7 yaş, -25 kq və +25 kq) öz yaş və çəki kateqoriyaları üzrə gümüş medala layiq görülüblər. Vüsal Seyidov (18-20 yaş, -61), İmran Həsənov (18-20 yaş, -60), Aminə Novruzzadə (12-13 yaş, +47), Kənan Qənbərov (8-9 yaş, +40 kq),  Əli Əzizov (6-7 yaş, +25 kq) və Həmidə Əzizova (6-7 yaş, -25 kq) bürünc medala sahib çıxıblar. 
“Kata” növündə isə Məhəmməd Bağırov (14-15 yaş), Canər Abbaszadə (12-13 yaş) və Elgün Zeynalov (12-13 yaş) yarışı üçüncü sırada tamamlayıblar. 
Bu nəticələrlə Naxçıvan karateçiləri yarışda 2 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla, ümumilikdə 17 medal qazanıblar. 
 
 
 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031