SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dörd güləşçimiz Braziliyada yarışacaq

Dörd güləşçimiz Braziliyada yarışacaq
10-05-2019, 14:59

Mayın 10-11-də Braziliyanın Rio de Janeyro şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, martda Portuqaliyanın Çaves şəhərində təşkil olunan analoji yarışda çıxış etmiş güləşçilərimiz Braziliyada da qüvvələrini sınayacaqlar. Belə ki, məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) ölkəmizi okeanın o tayında təmsil edəcək. Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə isə ədaləti qoruyacaq.

Xatırladaq ki, Portuqaliyada Nəzəriani qızıl, İlyaslı və Yusubov isə gümüş medal qazanmışdı. Hər iki yarış payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına lisenziya xalları verir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031