SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın daha 3 klubu Antalyaya yola düşüb

Azərbaycanın daha 3 klubu Antalyaya yola düşüb
12-01-2022, 14:40

Azərbaycanın daha 3 klubu qış-təlim məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yola düşüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Qarabağ", "Sumqayıt" və "Sabah" səhər saatlarında qonşu ölkəyə yollanıblar.

"Gloria Sports Arena"da məskunlaşacaq Ağdam klubu yanvarın 14-ü "Qaz Metan" (Rumıniya), yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə üz-üzə gələcək. Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.

"Sabah" yanvarın 15-də “Pakş” (Macarıstan), yanvarın 25-də isə “Mladost” (Luçani, Serbiya) ilə görüşəcək. Komandanın üçüncü - sonuncu rəqibi dəqiqləşməyib.

Digər iki rəqibi hələlik bəlli olmayan "Sumqayıt" yanvarın 16-da "Uypeşt"lə (Macarıstan) qarşılaşacaq.

"Qarabağ" və "Sabah" hazırlıq proseslərini yanvarın 26-da, "Sumqayıt" isə yanvarın 23-də yekunlaşdıracaq.

Qeyd edək ki, daha əvvəl "Zirə" və "Neftçi" Antalyaya yollanıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31