SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş voleybol turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş voleybol turniri keçirilib
10-05-2019, 11:40

Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müvafiq əmrinə ..əsasən 07-08 may 2019-cu il tarixlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə voleybol yarışı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə Turnirdə nazirliyin aparatının, Məhkəmə Ekspertizası Mərkəzinin, İcra ..və Probasiya Xidmətinin yerli qurumlarının, ixtisaslaşmış məhkəmələrin və Penitensiar Xidmətin tabe qurumlarının əməkdaşlarından ibarət ümumilikdə 10 komanda iştirak etmişdir. İki gün ərzində gərgin mübarizə şəraitində keçən oyunların sonunda iki komanda ilə təmsil olunan Penitensiar Xidmətin Mühafizə Taburunun komandalarından biri birinci yerin, digəri ikinci yerin, Qarışıq Rejimli Cəzacəkmə Müəssisəsinin komandası isə üçüncü yerin qalibi olub. Qalib komandalara diplomlar və pul mükafatları təqdim olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031