SON DƏQİQƏ

naxcivanxeberleri.com

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti qılınc zərbəsindən ustalıqla yayınıb

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti qılınc zərbəsindən ustalıqla yayınıb
9-05-2019, 16:30

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Papua-Yeni Qvineyaya səfəri zamanı qılıncoynatma üzrə master-klass keçib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 63 yaşlı almaniyalı funksioner yerli qılıncoynadanla qarşılaşma zamanı zərbədən ustalıqla yayınıb.

O, rapira növündə 1976-cı ildə olimpiya, 1977-ci ildə isə komanda yarışında dünya çempionu olub. Onun aktivində dünya çempionatlarının gümüş və iki bürünc medalı da var.

Qeyd edək ki, Tomas Bax 10 sentyabr 2013-cü ildə IOC prezidenti seçilib. O, ali olimpiya qurumuna rəhbərlik edən ilk almaniyalı və ilk olimpiya çempionudur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930