SON DƏQİQƏ

naxcivanxeberleri.com

Könüllü gənclərimiz mükafatlandırılıb

Könüllü gənclərimiz mükafatlandırılıb
6-12-2021, 22:23

5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Bakı Konqres Mərkəzində 20 könüllü təşkilatının 1000-dən çox fəal üzvünün iştirakı ilə Azərbaycan könüllülərinin IV həmrəylik forumu keçirilib.


Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, ASAN Xidmət və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl könüllülər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və tər güllər qoyublar. Sonra Şəhidlər xiyabanını ziyarət edən könüllülər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakı Konqres Mərkəzində keçirilən forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə açılıb. İyirmi təşkilata məxsus fərdi stendlərdə Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti ilə bağlı məlumatlar nümayiş olunub.
Tədbirin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib, Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ötən ay birinci ildönümünü qeyd etdiyimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədə könüllülər və ümumilikdə, gənclərin mühüm rol oynadığı, onların ön cəbhədə döyüşməklə yanaşı, informasiya savaşında da düşmən yalanlarının ifşa edilməsində və arxa cəbhədə müharibədən zərərçəkənlərə qayğı göstərilməsində fəal iştirak etdikləri vurğulanıb.
Forum çərçivəsində il ərzində 5 nominasiya – dövlət qurumlarında, genişmiqyaslı tədbirlərdə, sosial layihələr, ekoloji aksiyalar və uzunmüddətli könüllülük fəaliyyəti üzrə fərqlənmiş könüllülər də təltif edilib. Belə ki, 16 nəfər ilin könüllüsü, 100 nəfər isə könüllülük fəaliyyətində fərqləndiyinə görə mükafata layiq görülüb. Forumda Naxçıvanı 10 könüllü gənc təmsil edib. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun könüllüsü Azər Kazımov “Dövlət qurumlarında könüllülük” nominasiyası üzrə “İlin könüllüsü” mükafatına layiq görülüb. Digər iki könüllü – Şamil Mamedov “Ekoloji aksiyalar könüllüsü”, Vüqar İmanov isə “Sosial lahiyələr könüllüsü” nominasiyasında diplomla təltif olunublar.
Qeyd edək ki, mükafat alan könüllü gənclər – Hüseyn Kazımov və Şamil Mamedov Naxçıvan Dövlət Universitetinin, Vüqar İmanov isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsidir.

 Ceyhun MƏMMƏDOV

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31