SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bodibildinqdə ilk ölkə çempionluğu titulu-FOTO

Bodibildinqdə ilk ölkə çempionluğu titulu-FOTO
29-11-2021, 13:00

Bakı şəhərində bodibildinq, klassik bodibildinq, mens fizik və bikini fitnes üzrə Azərbaycan çempionatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, turnir iki il öncə “mens fizik” növündə ölkə çempionu olan, şəhid baş leytenant Muxtar Qasımlının xatirəsinə həsr olunub. 40-a yaxın idmançının qatıldığı yarışda muxtar respublikanı Həsənqulu Abdullayev təmsil edib.

Tanınmış bodibildinq məşqçisi Vüqar Verdiyevin nəzarəti ilə uzunmüddətli hazırlıq dönəmini geridə qoyan idmançımız ona bəslənilən ümidləri doğruldub. Belə ki, klassik bodibildinqdə hündürlüyü 175 santimetrdən yuxarı idmançılar kateqoriyasında ölkə birincisi olan Həsənqulu Abdullayev bu növdə, həmçinin Azərbaycan çempionatının mütləq qalibi adına layiq görülüb. İdmançımız diplom, medal və kuboklarla təltif olunub.

Qeyd edək ki, Naxçıvan idmanında bodibildinq üzrə ilk ölkə çempionluğu titulunu qazanan Həsənqulu Abdullayev bu uğurla yığma komandanın heyətinə cəlb olunaraq qarşıdakı Avropa çepionatında iştirak etmək hüququ əldə edib.    

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31