SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı idmançılarımızın “Bakı Marafonu-2019” yarışında uğur əldə edib

Naxçıvanlı idmançılarımızın “Bakı Marafonu-2019” yarışında uğur əldə edib
7-05-2019, 10:29

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” yarışı keçirilib.. Yarışın keçirilməsində məqsəd idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdən ibarət olmuşdur.“Küləyə qalib gəl” devizi altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 2 idmançısının da iştirakı təmin edilmiş və idmançılarımız uğurlu nəticələr əldə etmişdir. 23 000 idmançının iştirak etdiyi marafonda idmançılarımız Nağıyev Əmrah VII yerə, Tağıyev Səfər IX yerə layiq görülüb.



Naxçıvanlı idmançılarımızın “Bakı Marafonu-2019” yarışında uğur əldə edib
Naxçıvanlı idmançılarımızın “Bakı Marafonu-2019” yarışında uğur əldə edib
Naxçıvanlı idmançılarımızın “Bakı Marafonu-2019” yarışında uğur əldə edib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930