SON DƏQİQƏ

naxcivanxeberleri.com

Olimpiya mükafatçıları Azərbaycan çempionatına qatılmayacaq

Olimpiya mükafatçıları Azərbaycan çempionatına qatılmayacaq
24-11-2021, 16:25

Azərbaycanın üç məşhur güləşçisi dekabrın 7-də start götürəcək Azərbaycan çempionatında iştirak etməyəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, sərbəst güləşçilərdən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) ilə olimpiya çempionu Şərif Şərifov (97 kq) yarışa qatılmayacaq.

Hər iki idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra bərpa prosesi keçmələrini səbəb göstəriblər.

Yunan-Roma güləşində isə Rafiq Hüseynov ölkə çempionatını buraxmalı olacaq. 82 çəki dərəcəsində yarışan son dünya çempionu zədə səbəbindən turnirdən kənarda qalacaq.

Qeyd edək ki, Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, Hacı Əliyev isə gümüş medal qazanıb. Azərbaycan çempionatı dekabrın 9-da başa çatacaq.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031