SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qurban Qurbanov çempionluq sayında rekorda imza atıb

Qurban Qurbanov çempionluq sayında rekorda imza atıb
6-05-2019, 22:56

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionluq sayında Azərbaycan rekorduna imza atıb.

NAXCİVANXEBERLERİ.COM Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis buna Ağdam təmsilçisi ilə Premyer Liqada ardıcıl 6-cı dəfə qızıl medallara sahib çıxmaqla nail olub. O, 5 dəfə çempion olan Ağasəlim Mircavadovu arxada qoyub. Ümumilikdə isə 10 baş məşqçi yetirmələrini qızıl medallara daşıyıb.

Qurbanov həm də baş məşqçi kimi yubiley medalını qazanıb. “Qarabağ”ın “sükanı arxası”nda iki gümüş və iki bürüncü də olan mütəxəssis Azərbaycan çempionatlarında 10-cü dəfə ilk “üçlüy”ə düşüb.

“Neftçi” ilə gümüş mükafata yiyələnən Roberto Bordin ölkəmizdə medal qazanan ilk italiyalı baş məşqçi olub. Aftandil Hacıyevin baş məşqçi kimi elitada ilk uğuru isə “Səbail”dəki bürüncdür. Bu iki mütəxəssis Azərbaycan çempionatları tarixində medal qazanan baş məşqçilərin sayını 37-yə çatdırıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031