00:05 - Günün qoroskopu-12.08.2022
23:30 - Gömürdə bir gün: gördüklərim, etiraf etməyə borclu olduğum hisslər...
22:23 - Kopenhagendə Ukrayna üçün 1,5 milyard avrodan çox vəsait toplanıb
21:26 - Çavuşoğlu: “Ərdoğanla Əsəd arasında danışıqdan söhbət belə gedə bilməz”
20:41 - Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək
19:50 - Naxçıvanda gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşləri təşkil olunub
19:09 - Avropada təbii qazın qiyməti artıb
18:48 - Ukrayna Prezident Ofisi müharibənin başa çatmasının şərtini açıqlayıb
18:30 - Çexiya çempionunun oyunu "Qarabağ"a görə təxirə salınıb
17:41 - DSX-nin yeni xüsusi təyinatlıları and içib
17:05 - Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17:00 - Azərbaycanda son sutkada 488 nəfər koronavirusa yoluxub
16:44 - Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - VİDEO
16:28 - Oktyabrda Azərbaycanda Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcək
16:09 - Məktəbəhazırlıq qrupları üzrə tətil günləri açıqlanıb
Naxçıvanlı şahmatçılar Amerikanın “Bermuda” komandasını məğlub ediblər
Naxçıvan Şahmat Mərkəzində internet üzərindən növbəti yarış təşkil edilib. Yarışda Naxçıvan komandası ilə Şimali Amerikanın “Bermuda” (Hamilton) komandası qarşılaşıb.
Azerichess.az saytı vasitəsilə yayımlanan oyunda Naxçıvan komandasının heyətində 10 zəka sahibi (8 oğlan, 2 qız), rəqibin heyətində isə 5 şahmatçı ağ-qara taxtada mübarizə aparıb.
On oyundan ibarət olan görüşün nəticəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri 8:2 hesabı ilə qələbə qazanıblar.
Görüşdə ən maraqlı nəticəyə isə 8 yaşlı zəka sahibimiz Ramal Həsənov imza atıb. Belə ki, o, rəqibin heyətində mübarizə aparan beynəlxalq əmsalı 1876 olan 52 yaşlı Sergey Gontçarovu məğlub edib.
Qeyd edək ki, komandamızın heyətində Nəsrin Cəfərli, Zahid Allahverdiyev, Emil Salmanov, Rasim Ağayev, Oğuz Cabbarlı, Ramal Həsənov, Fateh Məmmədov, Azərin Cəfərli, Ercan Sevdimalı və Ümid Hüseynli təmsil olunub.(AZƏRTAC)