SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Premyer Liqası: Bu gün daha bir oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha bir oyun keçiriləcək
24-10-2021, 10:00

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Keşlə" "ASK Arena"da "Qəbələ"ni sınağa çəkəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Hazırda əyalət təmsilçisi 12 xalla 3-cü pillədə qərarlaşıb. 7 xalı olan paytaxt klubu isə 6-cıdır. İki komanda indiyədək ölkə çempionatında 52 dəfə üz-üzə gəlib. Bu oyunların 19-da meydan sahibləri, 15-də qonaqlar qələbə qazanıblar.

18 görüş heç-heçə ilə başa çatıb. "Qəbələ” son 4 matçda qol vurub. “Keşlə” isə evdəki son 3 qarşılaşmada qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

VIII tur

24 oktyabr (bazar)

16:00. “Keşlə” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev

“ASK Arena”.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 25-də oynanılacaq "Səbail" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031