SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şəhər birinciliklərinə yekun vurulub

Şəhər birinciliklərinə yekun vurulub
13-10-2021, 23:55

Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin atletləri arasında atletikanın kross qaçışı üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə keçirilən birincilikdə 60 qız və oğlan iştirak edib.

Qızlar arasında 2 kilometr məsafədə keçirilən yarışın nəticəsinə əsasən 15 nömrəli tam orta məktəbin şagirdi Ülviyyə Hüseynli qalib adını qazanıb. Həmin məktəbin digər şagirdi Sevinc Əliyeva ikinci, 8 nömrəli tam orta məktəbin şagirdi Nilufər Quliyeva isə üçüncü olub.
Oğlanların 5 kilometr məsafəyə mübarizəsində isə finiş xəttinə hamıdan tez 15 nömrəli tam orta məktəbin şagirdi Əliabbas Səfərov çatıb. Digər iki pillədə 8 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd İsmayılov və 12 nömrəli tam orta məktəbin şagirdi Elvin Əliyev qərarlaşıblar.
Sonda qaliblər mükafatlandırılıb.

*  *   *

Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbin meydançasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında keçirilən voleybol birinciliyinə yekun vurulub.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 komanda mübarizə aparıb. Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına əsasən iki gün davam edən birinciliyin qalibi 13 nömrəli tam orta məktəbin komandası olub. Onlar finalda 10 nömrəli tam orta məktəbin komandasını məğlub ediblər. 4 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerlə kifayətlənib.
Sonda yer tutan komandalar təşkilatçıların diplomları ilə mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031