SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın boks millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın boks millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
13-10-2021, 14:43

Oktyabrın 15-də Monteneqronun Budva şəhərində start götürəcək gənc bokçular arasında Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyadan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 9 gün davam edəcək yarışa baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 9 boksçu yollanıb.

Turnirdə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Kamil Babayev (54 kq), Tacı Tağızadə (57 kq), Zaur Qəhrəmanov (60 kq), Qulu Quliyev (63,5 kq), Nicat Qurbanov (71 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) qüvvəsini sınayacaq.

Budvada Fuad Aslanov hakim kimi ölkəni təmsil edəcək.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031