SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan idmançısı növbəti dəfə Avropa çempionu oldu

Azərbaycan idmançısı növbəti dəfə Avropa çempionu oldu
1-05-2019, 20:49

Moskvada Uşu-Sanda üzrə növbəti Avropa Çempionatı keçirilib.

NAXCİVANXEBERELERİ.COM-un məlumatına görə, çempionatın ilk günlərində Azərbaycan idmançısı rəqiblərini məğlub edərək Avropa çempionu olub.

60 kiloqram çəki dərəcəsində yarışa qatılan Azərbaycan idmançısı Elçin Eminov Rusiya və Serbiya idmançılarını məğlub edərək finala yüksəlib.

Azərbaycanlı idman ustası finalda Gürcüstan idmançısını məğlub edərək 4-cü dəfə Avropa çempionu olub.

Yarışda digər çəki dərəcəsində Azərbaycan idmançıları uğur qazanıb. Komandamızın üzvləri - yeniyetmələr arasında 60 kiloqram çəki dərəcəsində Fətəli İsmayılov 2-ci yer, gənclər arasinda 48 kiloqram çəki dərəcəsində Seymur Həmidov 2-ci yer, 90 kiloqram çəki dərəcəsində Hüseyn Simiyev 2-ci yer, böyüklər arasında Vüsal Səfərov 3-cü yer, gənclər arasında 52 kiloqram çəki dərəcəsində isə Nicat Muradov 3-cü yerin qalibləri olublar.

Xatırladaq ki, növbəti dəfə Avropa çempionu olan idmançımız Elçin Eminov bu yarışa qədər 3 qat Avropa çempionu və İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc medalının qalibi olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30