SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hüquq mühafizə orqanlarının əməkdaşları atıcılıq yarışında iştirak edib

Hüquq mühafizə orqanlarının əməkdaşları atıcılıq yarışında iştirak edib
24-09-2021, 20:55

Naxçıvan Muxtar Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşları arasında atıcılığın stend növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi yarış Naxçıvan Atıcılıq Mərkəzində reallaşıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yarış iştirakçılar arasında idman və dostluq əlaqələrinin yaradılması, asudə vaxtlarının səmərəli təşkili, istedadlı atıcıların müəyyənləşdirilməsi və stend atıcılığının təbliği məqsədilə keçirilib. 
        Atıcılıq Mərkəzində keçirilən mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimovla Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev yarışın keçirilmə məqsədlərindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar. 
       İlk üçlükdə qərarlaşan idmançılara yarışın xatirə suveniri, diplom və peyntbol mərmiləri təqdim edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031