SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünya çempionatında ilk: Medal qazanan boksçulara pul mükafatı veriləcək

Dünya çempionatında ilk: Medal qazanan boksçulara pul mükafatı veriləcək
16-09-2021, 16:29

Beynəlxalq Boks Federasiyası (AIBA) qarşıdakı dünya çempionatında ilk dəfə medalçılara pul mükafatı verəcək.

NAXCİVANXEBERLERİ.COM-un AIBA-nın rəsmi saytına istinadən məlumatına görə, qaliblər 100 000 ABŞ dolları, ikinci yeri tutanlar 50 000 dollar, bürünc medalçılar isə 25 000 dollar alacaqlar.

Qurumun prezidenti Umar Kremlyov bildirib ki, bu addım idmançıları rinqdə uğurlu çıxış etməyə həvəsləndirəcək: "Boksçu təkcə rinqdə uğur qazanmalı deyil, həm də özünə firəvan həyat təmin etməlidir".

Qeyd edək ki, dünya çempionatı bu il 24 oktyabr - 6 noyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031