SON DƏQİQƏ

naxcivanxeberleri.com

İdmançıların “Yay məktəbi” sona çatıb 

İdmançıların “Yay məktəbi” sona çatıb 
15-09-2021, 22:30

Ağbulaq İstirahət Mərkəzində idmançıların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə təşkil olunan ənənəvi “Yay məktəbi”ndə sonuncu mərhələ də yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Gənclər vəİdman Nazirliyinin Mətbuat Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqları Şurası və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi tərəfindən təşkil olunan 3 günlük düşərgədə Boks, Güləş, Futbol və Basketbol federasiyalarından ümumilikdə 50 nəfər iştirak edib. Proqrama əsasən təyin olunan müddət ərzində müxtəlif idman oyunları, stolüstü oyunlar, müsabiqələr və film nümayişləri, həmçinin Ağbulaq kəndi ərazisinə gəzinti təşkil olunub.

Qeyd edək ki, “Yay məktəbi”nin geridə qalan 3 mərhələsində muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarından ümumilikdə 150 nəfər məşqçi və idmançı iştirak edib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031