SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı kikboksçularımız Bakıdan uğurlu nəticələrlə qayıdıblar

Naxçıvanlı kikboksçularımız Bakıdan uğurlu nəticələrlə qayıdıblar
15-09-2021, 16:53

Azərbaycan Kikboksinq Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə kikboksinq üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Kikbokqsinq Federasiyasının idmançıları paytaxt birinciliyindən nailiyyətlə geri dönüblər. Yarışa məşqçi Kəmaləddin Rzayevin rəhbərliyi altında 7 kikboksçu qatılıb. Onlardan 6-sı mükafatçılar sırasına düşməyi bacarıb.

Təmsilçilərimizdən ən yaxşı nəticəyə Məmməd Məhəmmədov nail olub. O, 2008-ci il təvəllüdlü idmançılar arasında 47 kq çəki dərəcəsi üzrə qalib adına layiq görülüb. Fərişad Süleymanlı (45 kq) 2007-ci təvəllüdlər, Əli Nəsurullayev (30 kq) isə 2010-cu il təvəllüdlülər arasında ikinci olublar. Turqay Həsənov (2008, 42 kq), Enes Babayev (2010, 20 kq) və İsməddin Rzayev (2011, 39 kq) yarışı üçüncü sırada tamamlayıblar. Bu nəticələrlə Naxçıvan kikboksçuları Bakı birinciliyini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla tamamlayıblar.

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031