SON DƏQİQƏ

naxcivanxeberleri.com

İdmançıların “Yay məktəbi”ndə növbəti mərhələyə yekun vurulub     

İdmançıların “Yay məktəbi”ndə növbəti mərhələyə yekun vurulub     
9-09-2021, 23:19

Ağbulaq İstrahət Mərkəzində idmançıların istirahətinin səmərəli keçirilməsi məqsədilə təşkil olunan ənənəvi “Yay məktəb”ləri bu il də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqları Şurası və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi tərəfindən təşkil olunan 3 günlük düşərgədə Kikboksinq, Hava və Ekstremal İdman Növləri, Karate-do və Paralimpiya federasiyalarından ümumilikdə 50 nəfər iştirak edib. 
Naxçıvan Muxtar Respublikası Gənclər və idman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, proqrama əsasən təyin olunan müddət ərzində müxtəlif idman oyunları, müsabiqələr və film nümayişləri və Ağbulaq kəndi ərazisinə gəzinti təşkil olunub.
       Qeyd edək ki, qrafikə əsasən 13-15 sentyabr tarixlərini əhatə edəcək növbəti mərhələdə Boks, Futbol, Güləş və Basketbol federasiyalarının məşqçi və idmançılarının iştirakı nəzərdə tutulub. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930