SON DƏQİQƏ

naxcivanxeberleri.com

İdmançıların “Yay məktəbi”ndə ilk mərhələyə yekun vurulub       

İdmançıların “Yay məktəbi”ndə ilk mərhələyə yekun vurulub       
1-09-2021, 21:21

Ağbulaq İstrahət Mərkəzində idmançıların istirahətinin səmərəli keçirilməsi məqsədilə təşkil olunan ənənəvi “Yay məktəb”ləri bu il də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqları Şurası və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi tərəfindən təşkil olunan 3 günlük düşərgədə Şahmat, Atletika, Voleybol və Atıcılıq federasiyalarından ümumilikdə 48 nəfər iştirak edib. 
Naxçıvan Muxtar Respublikası Gənclər və  İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,  proqrama əsasən təyin olunan müddət ərzində müxtəlif idman oyunları, müsabiqələr və film nümayişləri təşkil olunub.
      Qeyd edək ki, qrafikə əsasən 6-8 sentyabr tarixlərini əhatə edəcək növbəti mərhələdə Hava və Ekstremal İdman Növləri, Kikboksinq, Paralimpiya və Karate-do federasiyalarının məşqçi və idmançılarının iştirakı nəzərdə tutulub. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930