SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan idmançıları Dünya Kubokunda üçüncü qızıl medalını qazanıb

Azərbaycan idmançıları Dünya Kubokunda üçüncü qızıl medalını qazanıb
29-04-2019, 14:41

Azərbaycanın pauerlinftinq növü üzrə paralimpiyaçısı Şamo Aslanov Macarıstanın Eger şəhərindəki Dünya Kubokunda qızıl medal qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 107 kq çəki dərəcəsində yarışan idmançı 215 kq-lıq ağırlığı qaldıraraq bütün rəqiblərini qabaqlayıb.

Eyni çəki dərəcəsində ikinci yerə 215 kiloqramlıq nəticə ilə Səudiyyə Ərəbistanı təmsilçisi Əl Najim Xalid sahib olub. Lakin onun bədən çəkisi daha yuxarı olduğu üçün birinci yerə Aslanov layiq görülüb. Üçüncü yeri isə 208 kq çəki ilə gürcüstanlı Akaki Cintçaradze tutub.

Qeyd edək ki, bir neçə gün öncə eyni yarışda 49 kq-da Pərvin Məmmədov qızıl medala layiq görülüb. Ötən gün isə Elşən Hüseynov qızıl, Nurlan Babacanov isə bürünc medala yiyələnib. Bu qələbə ilə idmançılar "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak şanslarını artırıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031