SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Real Madrid"in əsas hücumçusu zədələnib

27-04-2019, 16:40

İspaniyanın "Real Madrid" komandasının əsas futbolçularından hesab olunan Kərim Benzema zədələnib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 32 yaşlı hücumçu Madrid təmsilçisinin sonuncu məşqində iştirak etməyib.

Təcrübəli forvard artıq tibbi müayinədən keçib. Oyunçunun əzələsindən xəsarət aldığı bəlli olub. Benzemanın bərpa müddəti daha sonra bəlli olacaq.

Qeyd edək ki, "Real Madrid" La Liqada 65 xalla üçüncü pillədə qərarlaşıb. Komanda XXXV turda səfərdə "Rayo Valekano" ilə üz-üzə gələcək. Görüş aprelin 28-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031