SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclərin "Yay məktəbi"ndə növbəti mərhələyə yekun vurulub

Gənclərin "Yay məktəbi"ndə növbəti mərhələyə yekun vurulub
5-08-2021, 21:09

Gənclərin istirahətini səmərəli təşkil etmək məqsədilə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan "Yay məktəbi"nin ilk günündə iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar.
Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, gənclərə tədbirin təşkil olunma məqsədləri və proqramı haqqında məlumat verilib. Gün ərzində gənclər müxtəlif idman oyunları, "Vətəni tanı" və "Fərdi Xəmsə" intellektual oyununda iştirak ediblər. Gecə saatlarında isə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimova həsr edilən "Poladın 7 anı" sənədli filmi izlənilib.
İkinci gün səhər gimnastikası ilə başlayıb. Ağbulaq kəndi ərazisində gəzintidə iştirak edən gənclər ardınca STEAM təlimində iştirak edib. "Axtar tap" intellektual oyununda bacarıqlarını nümayiş etdiriblər. Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən bəhs olunan "Xalqa bağışlanan ömür" sənədli filmi izlənilib.
Yay məktəbinin sonuncu günü iştirakçılar fotomüsabiqə və "Gələcək üçün maliyyə" mövzusunda təlimdə iştirak ediblər. Təlimlərdə fərqlənən gənclərə sertifikat, müsabiqə və yarışların qaliblərinə isə fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan 3 günlük "Yay məktəbi"nə orta ixtisas müəssisələrinin tələbələri və könüllü gənclər olmaqla 43 nəfər cəlb olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031