SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şəhriyar Məmmədyarov “Chessable Masters" turnirində mübarizəni dayandırıb

Şəhriyar Məmmədyarov “Chessable Masters" turnirində mübarizəni dayandırıb
4-08-2021, 23:55

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci turnirində - “Chessable Masters"də mübarizəni dayandırıb.

Şahmatçımız dörddəbir finalda ermənistanlı Levon Aronyana məğlub olub.

Dörddəbir finalın digər qarşılaşmalarında ABŞ təmsilçiləri Uesli So niderlandlı Jorden Van Forrest, Hikaru Nakamura rusiyalı Vladislav Artemiyev, Fransanı təmsil edən Alireza Firuzca Vyetnam şahmatçısı Le Quan Liyem ilə mübarizə aparırlar.

Xatırladaq ki, “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930