SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclərin “Yay məktəbi”ndə növbəti mərhələyə start verildi

Gənclərin “Yay məktəbi”ndə növbəti mərhələyə start verildi
3-08-2021, 21:48

Gənclərin istirahətinin səmərəli təşkili məqsədilə Ağbulaq İstrahət Mərkəzində “Yay məktəbi” fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan ənənəvi “Yay məktəbi” 3 gün davam edəcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,
layihənin proqramına əsasən, bu müddət ərzində təlim, konsert proqramı, müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar və film nümayişi təşkil olunacaq
Qeyd edək ki, “Yay məktəbi”nin budəfəki mərhələsində muxtar respublikada fəaliyyət göstərən orta ixtisas müəssisələrinin tələbələri, həmçinin könüllü gənclər iştirak edir.
 
 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930