SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tokio-2020: Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb

Tokio-2020: Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb
2-08-2021, 15:11

Azərbaycanın daha üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışına qatılan Ruslan Lunyov ikinci təsnifat mərhələsində 286 xal toplayıb. Ötən gün hakimlərdən 281 xal alan idmançı yekunda 567 xal toplayıb və finala yüksəlmək şansını itirib.

Güləşçilər isə Tokio-2020-də ilk dəfə çıxış edib. 77 kq-da yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidisə qalib gəlsə də, növbəti raundda Akjol Mahmudova (Qırğızıstan) uduzub. Lakin rəqibi finala çıxdığından, Hüseynov təsəlliverici görüşdə tunisli Lamjed Maafi ilə qarşılaşacaq. Avropa çempionu qələbə qazanacağı təqdirdə, bürünc medal qarşılaşmasında Karapet Çalyana rəqib olacaq.

Qadınların mübarizəsində isə Elis Manolova 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə bacarmayıb. Lakin rəqib finala yüksəldiyindən Manolova təsəlliverici qarşılaşmada iştirak hüququ qazanıb.

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) (bürünc)

Boks: Alfonso Dominges (81 kq) (bürünc)

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Atıcılıq: Ruslan Lunyov

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930