SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tokio-2020: Türkiyə millisi Rusiyanı məğlub edib

Tokio-2020: Türkiyə millisi Rusiyanı məğlub edib
2-08-2021, 11:53

Voleybol üzrə qadınlardan ibarət Türkiyə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "ay-ulduzlular" Rusiya yığması ilə üz-üzə gəlib.

İlk setdə Rusiya 25:21 hesabı ilə qalib gəlib. II və III setdə Türkiyə eyni hesabla üstün olub - 25:23. Dördüncü setdə isə Rusiya rəqibinə şans verməyib - 25:15

Beşinci - həlledici setdə Türkiyə qələbə qazanıb - 15:10

Beləliklə, komanda B qrupunu 9 xalla üçüncü sırada bitirib və 1/4 final mərhələsində A qrupunda ikinci yerin sahibi ilə üz-üzə gələcək. 4-cü olan Rusiya isə növbəti raundda A qrupunun lideri ilə görüşəcək.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930