SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xorvatiya yığması klubun yüzüncü ildönümü ilə əlaqədar yoldaşlıq oyunu keçirəcək

Xorvatiya yığması klubun yüzüncü ildönümü ilə əlaqədar yoldaşlıq oyunu keçirəcək
25-04-2019, 23:29

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Xorvatiya millisi rəsmi oyunlardan öncə yoldaşlıq görüşü keçirəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, son dünya çempionatının gümüş mükafatçısı mayın 31-də ölkənin "Omis" komandası ilə üz-üzə gələcək.

Klub yüzüncü ildönümü ilə əlaqədar yığmaya oyunla bağlı müraciət edib. Federasiya və millinin baş məşqçisi Zlatko Daliç təklifi müsbət cavablandırıb.

Baş məşqçi Zlatko Daliç federasiyanın rəsmi saytına qarşılaşma ilə bağlı fikirlərini də söyləyib: "Omis"lə matçı səbrsizliklə gözləyirik. İvan Perisiç daxil olmaqla Xorvatiya komandasına bir neçə oyunçu verən klubun 100 illiyini qeyd etdiyimiz üçün məmnunuq. Bir az daha erkən bir araya gələcəyimiz üçün Uelslə matça hazır olacağıq".

Qeyd edək ki, Xorvatiya komandası seçmə mərhələdəki növbəti matç üçün mayın 29-da bir araya gələcək. Komanda E qrupundakı ikinci oyununu iyunun 8-də Uelsə qarşı keçirəcək.Yığma bundan 3 gün sonra Tunislə yoldaşlıq görüşündə qarşılaşacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031