SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclərin “Yay məktəbi” başa çatıb

Gənclərin “Yay məktəbi” başa çatıb
29-07-2021, 19:43

Gənclərin istirahətini səmərəli təşkil etmək məqsədilə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi” fəaliyyətini başa vurub. Layihə 3 günlük müddəti əhatə edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 

ilk gün iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar. Gənclərə tədbirin təşkil olunma məqsədləri və proqramı haqqında məlumat verilib. Gün ərzində gənclər müxtəlif idman oyunları və “Fərdi Xəmsə” intellektual oyununda iştirak edib, onlar tərəfindən yumoristik səhnəciklər nümayiş etdirilib. Gecə saatlarında isə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimova həsr edilən “Poladın 7 anı” sənədli filmi izlənilib.

İkinci gün səhər gimnastikası ilə başlayıb. Ağbulaq kəndi ərazisində gəzintidə iştirak edən gənclər nahar fasiləsindən sonra “Vətəni tanı” və “Axtar tap” intellekt yarışlarında bacarıqlarını nümayiş etdiriblər. Bundan əlavə, müxətlif idman oyunları təşkil olunub, konsert proqramı və gənc aktyorların tamaşaları reallaşıb, ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən bəhs olunan “Dahi şəxsiyyət” sənədli filmi izlənilib.  

Yay məktəbinin sonuncu günü səhər gimnastikası və idman oyunlarının təşkilindən əlavə, iştirakçılar foto-müsabiqə və “Gələcək üçün maliyyə” mövzusunda təlimdə iştirak ediblər. Proqrama əsasən təşkil olunan fəaliyyət növlərində fərqlənən gənclərə, müsabiqə və yarışların qaliblərinə fəxri fərmanlar təqdim edilib.  

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan 3 günlük “Yay məktəbi”nə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutundan ümumilikdə 55 tələbə cəlb olunub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031