SON DƏQİQƏ

naxcivanxeberleri.com

Olimpiya medalçılarına 30 saniyəlik maskanı çıxarmağa icazə verildi

Olimpiya medalçılarına 30 saniyəlik maskanı çıxarmağa icazə verildi
25-07-2021, 20:40

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar mükafatlandırma mərasimində maskalarını müvəqqəti olaraq çıxarmaq imkanı əldə edəcəklər.

NAXCİVANXEBERLERİ.COM-un "TASS"a istinadən verdiyi məlumata görə, müvafiq protokolu Beynəlxalq Olimpiya Komitəsi təsdiq edib.

Sənədə əsasən, idmançılar himnlər səsləndirildikdən sonra 30 saniyəlik maskalarını çıxara bilərlər. Lakin hər idmançı mükafatlandırma mərasimində podiumda öz yerində durmalıdır. Medallarla şəkil çəkdirildikdən sonra onlar yenidən maskalarını geyinməlidirlər.

Beynəlxalq Olimpiya Komitəsi həmçinin gümüş və bürün medalçılara podiumun ən yüksək pilləsində birgə şəkil çəkdirməyə icazə verib. Lakin bu halda bütün idmançılar maskada olmalıdır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930