SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tokio-2020: Medalçıların maskalarını çıxarmalarına icazə verildi - RƏSMİ

Tokio-2020: Medalçıların maskalarını çıxarmalarına icazə verildi - RƏSMİ
25-07-2021, 18:30

Tokio Yay Olimpiya Oyunları medalçılarının maskalarını 30 saniyə müddətinə çıxarmalarına icazə verilib.

NAXCİVANXEBERLERİ.COM-un Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, bu qərar idmançıların mükafatlandırma mərasimində foto çəkdirmələri üçün qəbul edilib. Himn səsləndirildikdən sonra onlara maskalarını yarım dəqiqəliyə çıxarmalarından ötrü siqnal işarəsi gələcək. Bu zaman mükafatçılar sosial məsafə qaydasına əməl etməlidirlər.

Daha sonra olimpiyaçılar növbəti işarə ilə maskalarını geyinəcək və qaliblə birgə onun podiumunda maskada şəkil çəkdirəcəklər.

Qeyd edək ki, Tokio olimpiadası avqustun 9-dək davam edəcək.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930