SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məşqçi və idmançıların iştirakı ilə muzey gəzintisi təşkil olunub 

Məşqçi və idmançıların iştirakı ilə muzey gəzintisi təşkil olunub 
23-07-2021, 18:18

Tarixi gerçəkliklərin təbliğ olunması, görkəmli elm adamları və ndahi şəxsiyyətlərimizin daha yaxından tanıdılması, xalqımızın qədimdən bu günə miras kimi qoruyub saxladığı dəyərlərə bağlılıq hissi yaradılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün ilbəil təşkil olunan ənənəvi ekskursiyalar davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 

Federasiya nümayəndələri, məşqçi və idmançıların növbəti istiqaməti Naxçıvan şəhəri və Culfa rayonunda yerləşən tarixi-mədəni məkanlar olub. Qarafikə uyğun olaraq bugünkü gəzintidə Şahmat, Güləş, Boks və Karate federasiyalarının təmsilçiləri iştirak ediblər. Şahmatçılar Naxçıvan Dövlət Xalça Muzeyində, güləşçilər "Əlincəqala" Tarix-Memarlıq Muzey Kompleksində, boksçular “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, karateçilər isə Cəmşid Naxçıvanski Muzeyində olub. Ekskursiyalar zamanı iştirakçılara bələdçilər tərəfindən aidiyyatı üzrə məlumatlar və maraqlı faktlarla çatdırılıb.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930