SON DƏQİQƏ

naxcivanxeberleri.com

İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası:
25-04-2019, 19:19

İngiltərə Premyer Liqasının 31-ci turunun matçında "Vulverhempton" Londonun "Arsenal" klubunu qəbul edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, qarşılaşma Vulverhemptonun "Moline" stadionunda baş tutub meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı matçın 28-ci dəqiqəsində "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveş açıb. Bundan 9 dəqiqə sonra müdafiəçi Mett Doerti meydan sahiblərinin hesabdakı üstünlüyünü artırıb.

Birinci hissəyə əlavə edilmiş vaxtda "Vulverhempton"un yarımmüdafiəçisi Dioqu Jota üçüncü topu "Arsenal"ın qapısından keçirib. "Arsenal"ın yeganə qolunu müdafiəçi Sokratis Papastatopulos qarşılaşmanın 80-ci dəqiqəsində vurub.

"Vulverhempton" bu matçdan sonra 51 xal toplayıb və İngiltərə çempionatının yarış cədvəlində 7-ci yerdə qərarlaşıb. "Arsenal" isə 66 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdədir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031