SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ"ın avrokubok matçına satılmış biletlərin sayı açıqlandı

"Qarabağ"ın avrokubok matçına satılmış biletlərin sayı açıqlandı
20-07-2021, 15:51

"Qarabağ" və İsrailin "Aşdod" klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək ilk oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin mətbuata verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 6 mindən çox bilet satılıb.

Matç üçün 15 min bilet satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.

Qeyd edək ki, iyulun 22-də oynanılacaq "Qarabağ" - "Aşdod" qarşılaşması saat 20:00-da başlayacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031