SON DƏQİQƏ

naxcivanxeberleri.com

Paralimpiya komandamız ölkəmizə növbəti 35-ci lisenziyanı qazandırıb

Paralimpiya komandamız ölkəmizə növbəti 35-ci lisenziyanı qazandırıb
19-07-2021, 19:12

Milli Paralimpiya komandası rekord sayda lisenziya ilə Tokio 2020-də Azərbaycanı təmsil edəcək.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Orxan Aslanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək ölkəmizə növbəti 35-ci lisenziyanı qazandırdı.

Bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına artıq 35 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 11-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Qeyd edək ki, 30 iyul tarixinə qədər Milli Paralimpiya komandasının lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcəklər.

Rio 2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanmışdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930