SON DƏQİQƏ

naxcivanxeberleri.com

Harri Kasparov üzərində daha bir qələbə qazanan Şəhriyar Məmmədyarov turnirdə 6-cı yeri tutub

Harri Kasparov üzərində daha bir qələbə qazanan Şəhriyar Məmmədyarov turnirdə 6-cı yeri tutub
11-07-2021, 22:37

Bu gün “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turnirində son 9 turun partiyaları oynanılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, startda 10-cu turda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonrakı qarşılaşmalarda rusiyalı Yan Nepomnyaşi, niderlandlı Jorden Van Forest, Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk, polşalı Yan-Kşıştof Duda, eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində qələbə qazanıb. On altıncı turda ukraynalı Anton Korobova məğlub olan şahmatçımız son turda keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandla heç-heçə edib. Təmsilçimiz son turda niderlandlı Aniş Giriyə məğlub olub. Beləliklə 18 turda 10 xal toplayan Şəhriyar Məmmədyarov 6-cı yeri tutub.

Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930