SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Səbail” - “Qəbələ” oyununu FIFA referisi idarə edəcək

“Səbail” - “Qəbələ” oyununu FIFA referisi idarə edəcək
23-04-2019, 13:02

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyunları üçün təyinatlar açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, FIFA referilərindən yalnız birinə – Əliyar Ağayevə təyinat verilib.

O, “Səbail” – “Qəbələ” matçını idarə edəcək. Rəhim Həsənovla Rauf Cabbarov isə növbəti dəfə kənarda qalıb.

27 aprel (şənbə)

16:30. “Zirə” – “Qarabağ”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu

17:00. “Sabah” – “Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Asif Əliyev

“Əlincə Arena”

17:30. “Səbail” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“ASCO Arena”

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bakcell Arena”

Qeyd edək ki, FIFA referilərindən heç biri bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına təyinat almayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031