SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazandı

Azərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazandı
3-07-2021, 21:28

Çexiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

NAXCİVANXEBERLERİ.COM Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.

Oğlanların mübarizəsində Xəyal Həsənov (-50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bu çəkidəki digər təmsilçimiz Babarəhim Mirzəyev bürünc medala layiq görülüb. 60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Aydın Rzayev yalnız final görüşündə uduzaraq gümüş medal əldə edib. Qızların yarışında Aydan Rzayeva millimizə gümüş medal qazandırıb. Beləliklə milli komandamız Teplitse yarışının ilk günündə 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.

Beynəlxalq yarışda Avropanın 28 ölkəsindən 371 cüdoçu medallar uğrunda mübarizə aparır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930