SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa çempionatı: Daha iki güləşçimiz qızıl medal qazandı

Avropa çempionatı: Daha iki güləşçimiz qızıl medal qazandı
30-06-2021, 22:57

Azərbaycanın daha iki sərbəst güləşçisi Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

NAXCİANXEBERLERİ.COM-un məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən Kənan Heybətov finada Ermənistan təmsilçisi Levik Mikaelyana 8:5 hesabı ilə qalib gəlib.

74 kq-da yarışan Cəbrayıl Hacıyev qızıl medal uğrunda görüşdə türkiyəli Taner Qaripdən güclü olub - 12:2. 125 kq-dakı Aydın Əhmədov isə finalda Lyova Gevorqyana (Ermənistan) uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl digər sərbəst güləşçi Turan Bayramov (75 kq) Avropa çempionu olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930