SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şahmatçıları beynəlxalq turnirin mükafatçıları sırasında      

Naxçıvan şahmatçıları beynəlxalq turnirin mükafatçıları sırasında      
30-06-2021, 21:29

Serbiyanın Silver Leyk şəhərində təşkil olunan "Silver Lake - 2021 Open" beynəlxalq turniri bu gün başa çatıb. Turnirdə iştirak edən şahmatçılarımız uğurlu nəticələr göstəriblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ən yaxşı göstərici Nəsrin Babayevaya məxsusdur. 99 şahmatçının iştirak etdiyi “B” qrupunda mübarizə aparan yeniyetmə idmançımız 9 oyuna 5,5 xal toplayaraq  qadınlar arasında birinci olub. Ümumi sıralamada ilk üçlükdən cəmi yarım xalla kənarda qalan Sadiq Qarayev isə 18 yaşadək şahmatçılar arasında ikinci olub. Aktivində 5 xalı olan Nazlı Hümbətova reytinq əmsalını 171 xal artırıb. A qrupunda yer alan Pərviz Qasımov 5 xal, Toğrul Həsənzadə isə 4 xal toplayıb.
      Qeyd edək ki, iyulun 2-də Serbiyada daha bir turnir start götürür. Belqrad şəhərində keçiriləcək  “Serbia Chess Open 2021”-də Naxçıvan şahmatçıları da iştirak edəcək. Şahmatçılar “masters” və “amateurs” kateqoriyaları üzrə yarışacaqlar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930