SON DƏQİQƏ

naxcivanxeberleri.com

Voleybol üzrə Muxtar Respublika açıq birinciliyinə start verilib

Voleybol üzrə Muxtar Respublika açıq birinciliyinə start verilib
22-04-2019, 18:13

22-24 aprel 2019-cu il tarixlərdə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində “Naxçıvan Muxtar Respublikası-95” devizi altında voleybol üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika açıq birinciliyinə start verilib.

Naxçıvan Muxtar Respubliksı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birinciliydə məqsəd Naxçıvan Muxtar Respublikasının 95 illiyinin qeyd olunması, muxtar respublikada voleybol idman növünün inkişaf etdirilməsi , bu idman növünün kütləviliyinə nail olunması və gənclərin voleybol idman növünə olan marağının artırılmasından ibarətdir. Yarışda 1 şəhər və 7 rayonun komandaları olmaqla 8 komandanın iştirakı təşkil olunmuşdur. Komandaların tərkibi 12 idmançı və 1 məşqçidən ibarətdir. Aprel ayının 24-ə kimi dəvam edəcək birincilikdə komandalar 2 yarımqrupda dairəvi sistem üzrə mübarizə aparacaqlar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031