SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərif Şərifov Türkiyədə qalib oldu

Şərif Şərifov Türkiyədə qalib oldu
26-06-2021, 21:30

Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu turnirinin qalibi olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan 33 yaşlı pəhləvan mübarizəyə 1/4 finaldan qoşulub. Olimpiya, dünya və Avropa çempionu ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib – 10:0. Titullu güləşçi yarımfinalda Givi Matçaraşvili ilə qarşılaşıb. Şərifov yanvarda Fransanın Nitsa şəhərindəki Qran-pridə məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb – 3:0.

Beləliklə, Şərifov adını finala yazdırıb. Millimizin üzvü bu gün həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini 4:0 hesabıyla məğlub edən təcrübəli pəhləvanı Yaşar Doğu turnirinin qızıl medalını qazanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031