SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti bəlli oldu

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti bəlli oldu
26-06-2021, 15:33

İyunun 28-də Almaniyanın Dortmund şəhərində start götürəcək Avropa çempionatı üçün Azərbaycanın sərbəst güləş millisinin heyəti açıqlanıb.

Federasiyadan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 6 gün davam edəcək turnirdə yığmanın 10 üzvü iştirak edəcək.

Komandada böyük məşqçisi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Murad Haqverdiyev (57 kq), Kənan Heybətov (61 kq), Sabir Cəfərov (65 kq), Turan Bayramov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fuad Mayılov (86 kq), Abdulcəlil Şabanov (92 kq), Zəfər Əliyev (97 kq) və Aydın Əhmədov (125 kq) yer alıb.

Yarışın proqramına əsasən, sabah sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Ertəsi gün – ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. İkinci yarış günündə isə 61, 74, 86, 92 və 125 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim İntiqam Alıyev Avropa çempionatında ədaləti qoruyacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031